Sinqapurda dünyanın ilk okean düyü ferması yaradılacaq

15:10 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Okeanda əkinçilik texnologiyasını inkişaf etdirən “Alora” startapı okeanda düyü təsərrüfatı layihəsini təqdim edib. Layihə artıq 3,7 milyon dollar investisiya cəlb edib.

ABC.AZ xəbər verir ki, layihə müəllifləri şirin su istifadə etmədən və minimal torpaq istifadəsi ilə məhsuldarlığı artırmağı hədəfləyirlər. Bunun üçün şirkət xüsusi duza davamlı düyü çeşidi yetişdirib və digər məhsullar üçün okeanda yetişdirmə texnologiyasını inkişaf etdirməyi planlaşdırır. Bu genetik cəhətdən modifikasiya olunmuş düyü, 8 q/l duzlu suda yetişdirildiyi bir laboratoriyada uğurla sınaqdan keçirilib (müqayisə üçün: dəniz suyunda 28-32 q/l var), lakin müəlliflər düyünün dəniz suyuna da davam gətirəcəyini söz verirlər.