Rusiyada sərvətə vergi tətbiq etməyi təklif edirlər

11:36 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Rusiyada sərvətə vergi tətbiq etməyi təklif edirlər. Aprelin 2 — də belə bir qanun layihəsi Sergey Mironovun rəhbərlik etdiyi "Spravedlivaya Rossiya – Za pravdu" fraksiyası tərəfindən Dövlət Dumasına təqdim ediləcək.

ABC.AZ xəbər verir ki, sənəddə qeyd olunur ki, ölkə əhalisi gəlir səviyyəsinə görə qeyri-bərabər və ədalətsiz təbəqələşmişdir. Eyni zamanda, uzun illərdir ki, əhalinin real birdəfəlik gəlirlərinin azalması tendensiyası mövcuddur.

“Çox təəssüf ki, Rusiyada yüksək səviyyədə sosial bərabərsizlik davam edir və ölkəmizin sakinlərinin əksəriyyətinə çox çətindir” - deyə Sergey Mironov təşəbbüsünün zəruriliyini izah edib.

Onun fikrincə, sərvətə verginin tətbiqi Rusiyada vəsaitlərin ədalətli bölüşdürülməsi üçün zəmin yaradacaq və cəmiyyətdəki sosial təbəqələşmə səviyyəsini azaldacaq.