10:52 - 1.04.2024
1 aprel, Fineko/abc.az. Belarus hökumətinin Belarus-Litva sərhədindən üçüncü ölkələrin bəzi mal və məhsullarının Litvadan idxalına qadağa qoyulması barədə qərarları qüvvəyə mindi.
ABC.AZ xəbər verir ki, bu, hökumət başçısı Roman Golovçenkonun öncə imzaladığı Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulmuşdur.
Belarus ərazisində satış və istehlak üçün su, pivə, şərab, üzüm suslosu, vermut, digər fermentləşdirilmiş içkilər, etil spirti, sirkə, pnevmatik rezin təkərlər və şinlər, geyim və digər məhsullar, habelə istifadə olunmuş nəqliyyat vasitələrinin hissələri və aksesuarları idxal etmək qadağandır.
Məhdudiyyətlər Belarus tərəfi tərəfindən Litvanın Belarus ilə sərhəddə iki keçid məntəqəsinin bağlanmasına cavab olaraq tətbiq edilib, oktyabrın 1-dək qüvvədə olacaq.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026