Rusiyada yerli əməliyyat sistemi olan SİM kartlar buraxıldı

12:06 - 29.03.2024


29 mart, Fineko/abc.az. Rusiyanın “Novakard” smart kart istehsalçısı, Simart Mi yerli əməliyyat sistemli sim kartlar təchiz etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Əməliyyat Sistemi ölkə ərazisində yerli mütəxəssislər tərəfindən yaradılıb və elektron hesablama maşınları və verilənlər bazaları üçün Rusiya proqramlarının Vahid Reyestrinə daxil edilmişdir. Bu "SİM kartları" satın alan ilk şirkət “MTS” olub. Əməliyyat sistemi mobil rabitə şəbəkələrində abunəçilərin identifikasiyası üçün beynəlxalq və yerli alqoritmləri dəstəkləyir.