11:23 - 29.03.2024
29 mart, Fineko/abc.az. “Rusiyada miqrantlara nəzarət rəqəmsal profil vasitəsilə gücləndiriləcək”.
ABC.AZ xəbər verir ki, bu barədə RF Dövlət Duması sədrinin müavini Sergey Neverov martın 28-də bildirib.
“Hər bir miqrant üçün rəqəmsal profil yaradılacaq. Orada onun yaşayış yeri, iş yeri, yerdəyişməsi qeyd ediləcək. İş yerinin dəyişdirilməsi, işdən çıxarılması və işə qəbulu da qeyd ediləcək. Bütün bunlar nəzarət altında olmalıdır. Eyni zamanda, bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də miqrantların hüquqlarına riayət olunması məsələsidir”, — deyə o bildirib.