Bişkekdə fövqəladə vəziyyət rejimi elan edildi

22:23 - 28.03.2024


28 mart, Fineko/abc.az. Bişkek Bələdiyyə Başçısı İshaq Cunuşəliyev fövqəladə vəziyyət elan edib. Bütün şəhər xidmətləri gücləndirilmiş rejimə keçib. 

ABC.AZ xəbər verir ki, bu gün, 28 martda, yerli vaxtla saat 16:20-də Bişkekdə və Çuy vadisində 18-26 m/s sürətlə güclü külək qopub.
"Əraziləri araşdırmaq və nəticələrini müəyyənləşdirmək üçün rayon idarələri, bələdiyyə müfəttişliyi və kommunal xidmətlərdən ibarət mobil qruplar təşkil edilib", — deyə məlumatda bildirilir.

Respublikanın Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, paytaxtda üç inzibati binanın, o cümlədən yol polisi və Fövqəladə Hallar Nazirliyi binasının, habelə 25 yaşayış binasının damları uçub. Çuy vadisində külək altı inzibati binanın və 15 yaşayış binasının damlarını uçurub.
Bişkekdə iki nəfər küləkdən xəsartə alıb.