21:57 - 28.03.2024
28 mart, Fineko/abc.az. Mərkəzi Asiyanın ən qədim şəhəri Anau (Anev) türk dünyasının mədəniyyət paytaxtı olan ikinci türkmən şəhəri oldu. 2015-ci ilin əvvəlində Mərv şəhəri Türkmənistanı təmsil edərək türk dünyasının paytaxtı seçilmişdi.
ABC.AZ xəbər verir ki, Təşkilatın keçmiş baş katibi Düsen Kasenovun sözlərinə görə, türk dünyasının UNESCO-su TÜRKSOY şəhərləri ümumi türk mədəniyyətinin rəmzi kimi öz fəaliyyətinə daxil edib.
Türk dünyasının mədəniyyət paytaxtının qeyd olunması çərçivəsində bir sıra tədbirlər təşkil olunub. "Anevin qədim sivilizasiyası" beynəlxalq konfransında çıxış edən TÜRKSOY-un baş katibi Sultan Rayev bildirib ki, İpək Yolu üzərində və son dərəcə mühüm coğrafi, strateji bölgədə yerləşən Anev tarixin bütün dövrlərində dünya sivilizasiyasının beşiyi olub.
Qeyd edək ki, 2023—cü ildə türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın Şuşa şəhəri seçilmişdir.