16:19 - 27.03.2024
27 mart, Fineko/abc.az. Azərbaycanda idxal inflyasiyası 2024-cü ilin yanvarında azalıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin dekabrında idxal olunan məhsulların qiymətləri indeksi illik müqayisədə 16.7 faiz olduğu halda, 2024-cü ilin yanvarında 15.1 faizə düşüb.
Ən çox artım mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlardadır. Bu məmulatlar 81.3 faiz artım göstərib. Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsulları əksinə 15.4 faiz ucuzlaşıb.
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiyadır.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026