16:04 - 27.03.2024
27 mart, Fineko/abc.az. “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1.8%, ikinci rübün sonuna 4.4%, üçüncü rübün sonuna 5.3%, dördüncü rübün sonuna isə 5% səviyyəsində gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1.3% artıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026