14:06 - 27.03.2024
27 mart, Fineko/abc.az. Sinqapur ardıcıl ikinci ildir Asiyanın ən xoşbəxt ölkəsi seçilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “World Happiness Report”da dərc olunan hesabata görə, tədqiqatda sorğu edilən 143 yer arasında şəhər-dövlət 30-cu yerdə qərarlaşıb. Siyahıya bu il Finlandiya başçılıq edir, ikinci yerdə Danimarka və İslandiya gəlir.
Asiyanın ən xoşbəxt ölkələri:
Sinqapur
Tayvan
Yaponiya
Cənubi Koreya
Filippin
Vyetnam
Tailand
Malayziya
Çin
Monqolustan
Ekspertlər altı əsas amil üzrə məlumatları təhlil ediblər: adambaşına düşən ÜDM, sağlam ömür uzunluğu, sosial dəstək, azadlıq, səxavət və korrupsiya qavrayışı.