12:21 - 27.03.2024
27 mart, Fineko/abc.az. 2023-cü ildə Rusiya 2,9 milyard dollarlıq balıq məhsullarını Çinə ixrac edib.
ABC.AZ xəbər verir ki, bu rekord göstərici olub.
Təchizatdakı əsas paylar dondurulmuş balıqların payına (1,6 milyard dollar) və xərçəngkimilərin (1,2 milyard dollar) payına düşür. Bu, müvafiq olaraq 55% və 42% - dir.
Rusiya Federasiyasından Çinə balıq filesi tədarükü azdır, lakin 2,4 dəfə artaraq 58 milyon dollara çatıb ki, bu da ümumi tədarükün 2% - ni təşkil etdi. Digər balıq məhsullarının ixracına 1% düşüb.
12 Avqust 2026