Azərbaycanın nar ixracından gəliri 58% azalıb

15:31 - 19.03.2024


19 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 2 milyon 511 min dollar dəyərində 2 802 ton nar ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin iki ayı ərzində Azərbaycandan 5 milyon 937 min dollar dəyərində 4 528 ton nar ixrac olunmuşdu.

Beləliklə, nar ixracı dəyər ifadəsilə 58%, miqdar ifadəsi ilə 38% azalıb.