10:14 - 31.07.2018
31 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,22 (0,3%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,40 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 30 iyul tarixli ticarətin nəticəsində 1,44 dollar (2,1%) yüksələrək bir barelə 70,13 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 30 iyul tarixli ticarətin nəticəsində 0,68 dollar (0,92%) yüksələrək bir barelə 74,97 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 30 iyul tarixli ticarətin nəticəsində 4,84 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026