AİB-in Qazaxıstan iqtisadiyyatına yeni investisiyaları təxminən 1 milyard dollar təşkil edəcək

21:58 - 18.03.2024


18 mart, Fineko/abc.az. Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov ilə investisiya əməkdaşlığının daha da genişləndirilməsi perspektivləri ilə bağlı görüş keçirib. 

ABC.AZ xəbər verir ki, keçən il AİB Qazaxıstanın milli iqtisadiyyatının müxtəlif sektorlarında bir sıra investisiya layihələrini maliyyələşdirmişdi. İllik investisiyalarda Qazaxıstanın payı 2022-ci ildə 48,5%-dən 2023-cü ildə 59%-ə yüksəldi.

Bu il AİB-in Qazaxıstan iqtisadiyyatına yeni investisiyaları ən azı 1 milyard dollar təşkil edəcək. Cari il üçün prioritet layihələr nəqliyyat, sənaye, enerji və ətraf mühitin yaxşılaşdırılması, kənd təsərrüfatı, habelə sosial infrastrukturun tikintisi və modernləşdirilməsini əhatə edir.