Azərbaycanın pomidor ixracı artıb

16:46 - 18.03.2024


18 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral ayında Azərbaycandan 30 milyon 2 min dollar dəyərində 21 724 ton pomidor ixrac olunub. 

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 57%, miqdar ifadəsilə 40.2% artıb. 

2023-cü ilin ilk iki ayında isə Azərbaycandan 19 milyon 92 min dollar dəyərində 15 498 ton pomidor ixrac olunmuşdu.