14:27 - 18.03.2024
18 mart, Fineko/abc.az. Son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılaraq 105 manata çatdırılıb.
ABC.AZ xəbər verir ki, hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dən çoxdur.
Qeyd edək ki, Milli Məclisdə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov çoxuşaqlı ailə məsələsinə baxılmasını təklif edib:
“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər”.
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:
“Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda, onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.