16:39 - 15.03.2024
15 mart, Fineko/abc.az. Gələcəkdə Qazaxıstanın dövlət gerbinin üslubu cəmiyyətin tələbi ilə dəyişdirilə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Respublika Prezidenti Kasım-Jomart Tokayev Atırau şəhərində keçirilən Milli Qurultay iclasında bildirib.
Onun sözlərinə görə, “dövlət gerbi ilə bağlı peşəkarların və diqqətli vətəndaşların, o cümlədən gənclərin Qazaxıstanın gerbinin qavranılması üçün çox mürəkkəb olması, eklektizm və sovet dövrünün əlamətləri olması ilə bağlı ağlabatan arqumentlərini nəzərə almaq məqsədəuyğundur”.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026