Azərbaycanda mobil operatorların gəlirləri 187 milyon manatı keçdi

11:20 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2024- cü ilin yanvar-fevral aylarında informasiya və rabitə  sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin  505,0 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da real ifadədə 9,4 faiz çoxdur. Onun da 71,0 faizi əhali tərəfindən istehlak olunub.

 Xidmətlərdən əldə edilən gəlirin 37,1 faizi və ya 187,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.