10:32 - 15.03.2024
15 mart, Fineko/abc.az. 2023-cü ildə Rusiya 215 min tondan çox süd məhsulu ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 8,9% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzi bildirir.
Xüsusilə, quru süd ixracı 4,7 dəfə artaraq 20 min tona, süd serumunun ixracı isə 2 dəfə artaraq 24 min tona çatıb. Rusiyanın süd məhsullarının ən böyük alıcıları Azərbaycan, Qazaxıstan, Belarus, Özbəkistan, Ermənistan və Çin olub.
12 Avqust 2026