Ötən il Azərbaycan Rusiyanın ən böyük süd məhsulları alıcılarından olub

10:32 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2023-cü ildə Rusiya 215 min tondan çox süd məhsulu ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 8,9% çoxdur. 

ABC.AZ xəbər verir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzi bildirir. 

Xüsusilə, quru süd ixracı 4,7 dəfə artaraq 20 min tona, süd serumunun ixracı isə 2 dəfə artaraq 24 min tona çatıb. Rusiyanın süd məhsullarının ən böyük alıcıları Azərbaycan, Qazaxıstan, Belarus, Özbəkistan, Ermənistan və Çin olub.

(İnterfaks-Azərbaycan)