10:22 - 14.03.2024
14 mart, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün sorğu elan edib.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini aprelin 5-nə qədər Dövlət Müfəttişliyinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026