“Adidas” 2023-cü ildə 58 milyon avro xalis zərərlə qarşılaşıb

16:33 - 13.03.2024


13 mart, Fineko/abc.az. “Adidas” 2023-cü ildə bir il əvvəl 254 milyon avro xalis mənfəətə qarşı 58 milyon avro xalis zərərlə üzləşib.

ABC.AZ xəbər verir ki, şirkətdəki zərər yüksək vergilərlə bağlıdır.

Bundan əlavə, “Adidas” mal-material ehtiyatları təxminən 1,5 milyard avro (ildə 24%) azalaraq 2023 -cü ilin dekabr ayının sonunda 4,525 milyard avroya düşüb. Bu azalma, satınalma həcminin xeyli azalması və mövcud ehtiyatların taktiki olaraq dəyişdirilməsi ilə nəticələnib. Şirkətin kapital xərcləri 27% azalaraq 2023-cü ildə 504 milyon avroya düşüb.