12:31 - 13.03.2024
13 mart, Fineko/abc.az. Rusiya və Çin 2033-2035-ci illərdə Aya nüvə elektrik stansiyasının göndərilməsi və onun səthində işə salınması imkanlarını araşdırır.
ABC.AZ xəbər verir ki, layihə robototexnika vasitələrindən istifadə edərək avtomatik rejimdə həyata keçirilə bilər.
Günəş batareyaları ilə müqayisədə daha mötəbər və güclü enerji mənbəyi olan nüvə reaktoru, Ayın səthindəki bazanı təmin etmək üçün lazım olacaq. Rusiya və Çinin hələ insan iştirakı ilə Ay missiyaları olmayıb. Çinin Ayda iştirakı 2013-cü ildən başlayıb. Həmin vaxt, "Chang'e-3" missiyası çərçivəsində göyərtəsində Ay roveri olan modul Ayın səthinə enmişdir.
4 Avqust 2026
4 Avqust 2026