Türkmənistan Xalq Şurasının rəhbəri türk ölkələrinin nəqliyyat strategiyasını yaratmağa çağırıb

10:30 - 13.03.2024


13 mart, Fineko/abc.az. Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov türk ölkələrinin vahid nəqliyyat strategiyasının yaradılmasına çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə o, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının iclasında bildirib.

"Bu kontekstdə vurğulamaq istərdim ki, Türkmənistanın Böyük İpək Yolunu bərpa etmək strategiyası çox vacibdir. Bu istiqamətdə əsas rol türk dövlətlərinə məxsusdur", - Berdimuhamedovun çıxışının mətnində deyilir.

Onun sözlərinə görə, bunun vasitəsilə Avrasiya məkanında yeni əməkdaşlıq strukturu yaratmaq lazımdır.