Yanvarda istehlakçılara 96 642 manat vəsait qaytarılıb

17:27 - 12.03.2024


12 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təmin olunmuş müraciətlər üzrə istehlakçılara 96 642 manat vəsait qaytarıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə çoxdur.

“Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının preventiv şəkildə qarşısının alınması və sahibkarlar tərəfindən müştəri məmnuniyyətini rəhbər tutan strategiyanın tətbiqi istiqamətində mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir”, – deyə M.Abbasbəyli qeyd edib.