Azərbaycanın xaricdən aldığı qarabaşaq kəskin ucuzlaşıb

15:01 - 12.03.2024


12 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 7 milyon 97 min ABŞ dolları dəyərində 13 min 673 ton qarabaşaq idxal edib. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 992 min dollar, həcm baxımından isə 2 425 ton və ya 21,6% çoxdur.

2022-ci ilin yanvar-dekabr aylarında xaricdən 11 milyon 90 min dollar dəyərində 11 min 249 ton qarabaşaq idxal  edilib.

1 ton qarabaşağın idxal qiyməti 2023-cü il ərzində  519 dollar, 2022-ci ilin eyni dövründə 986 dollar təşkil edib.  Qiymətlərdə son bir ildə 467 dollar (47,3%) ucuzlaşma baş verib.

Ümumilikdə isə 1 kq qarabaşağın idxalı 2023-cü ilin yanvar-dekabr aylarında 0,88 manata (0,79 manat ucuzlaşma) başa gəlib.

2022-ci ilin yanvar-dekabr aylarında 1,68 manata  başa gəlib.