Yaxın aylarda Azərbaycan banklarına kredit xətlərinin açılması ilə bağlı müqavilələr imzalanacaq

15:05 - 7.03.2024


7 mart, Fineko/abc.az. Ötən il ərzində beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan banklarına böyük həcmli kredit xətlərinin açılması üzrə bir sıra müqavilələr imzalanıb. 

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıdakı konfransda deyib.

O bildirib ki, yaxın aylarda bu müqavilələrin davamlı şəkildə imzalanmasının şahidi olacağıq.

“ABA olaraq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə birgə sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi layihəsinə start vermişik. Layihənin məqsədi real sistemin maliyyələşdirilməsinin genişləndirilməsi üzrə sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir”, - deyə Z.Nuriyev qeyd edib.