Bitkoinin dəyəri 8,18 % artıb

12:28 - 5.03.2024


5 mart, Fineko/abc.az. Ticarət sessiyası zamanı bitkoinin dəyəri 8,18 % artaraq 68,284 min dollara çatıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 03:08-ə olan “Binance” platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 03:20-yə olan məlumata görə, bitkoin artımını bir qədər ləngiyib və 68,211 dollar (plus 8,08%) olub.

Bitkoinin qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 10-da 68 min dollar olub.