12:25 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Qazaxıstanda Xəzər dənizi sahili boyunca 3,4 min hektar torpaq dövlət mülkiyyətinə qaytarılıb.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Mangistau vilayət prokurorluğunun mətbuat xidməti məlumat verib.
"Mangistau vilayətinin Prokurorluğu Xəzər dənizi sahili boyunca 3,4 min hektar torpaq sahəsinin özəl şəxsə qanunsuz verilməsi faktını aşkar edib. "Kosa Kenderli" kimi tanınan bu hissə, körfəzin cənub-şərqdən şimal-qərbə 23 km uzunluğunda olduğu bölgənin əsas görməli yerlərindən biridir", — deyə məlumatda bildirilir.