11:57 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Türkiyə süni intellekt elementlərindən istifadə edərək lazer silahı hazırlayıb.
ABC.AZ xəbər verir ki, bu cür silahın bir növü ROKETSAN şirkətinin yaratdığı ALKA istiqamətli enerji silah sistemidir.
ALKA, asimmetrik təhdidlərə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir.
Bu tip silahlar zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, əsasən dronları məhv etmək, həmçinin mina və əldəqayırma partlayıcı qurğularını uzaqdan partlatmaq üçün nəzərdə tutulmuşdur.
Müdaxilə üçün maksimum məsafə 4 km, pilotsuz təyyarəni vurma məsafəsi 1 km - ə qədərdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026