Finlandiyanın “Fortum” enerji şirkəti Polşanın ilk atom elektrik stansiyasının tikintisinə kömək edəcək

11:04 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Finlandiyanın “Fortum” enerji şirkəti və TVO Nuclear Services Polşanın “Polskie Elektrownie Jądrowe” (PEJ) şirkəti ilə iki illik çərçivə xidməti müqaviləsi imzalayıblar.

ABC.AZ xəbər verir ki, PEJ, Polşada ilk nüvə stansiyasının inşası layihəsindən məsul olan dövlət şirkətidir.

Polşa nüvə enerjisinin İnkişaf Proqramına uyğun olaraq, ölkə ilk nüvə elektrik stansiyasını PWR tipli reaktorlarla təchiz etməyi planlaşdırır. 2033-cü ildə Qdansk sahillərində yerləşdiriləcək ilk blokun istifadəyə veriləcəyi gözlənilir. Westinghouse layihə öncəsi işlər aparır. Sonrakı bloklar hər iki-üç ildən bir tikiləcək və bütün nüvə proqramı gücü 9 GVT-ə qədər olan altı blokun inşasını əhatə edir.