Norveçdə qapıları açan və anbarlarda işləyən humanoid robotlar yaradılıb

10:45 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Norveç startapı 1X, OpenAI dəstəyi ilə hazırlanmış Eve humanoid robotlarını nümayiş etdirib.

ABC.AZ xəbər verir ki, Eve digər şirkətlərin robotlarından bununla fərqlənir ki, onlar xüsusi üç təkərli platformada hərəkət edirlər və əllər əvəzinə sıxaclarla təchiz olunublar.

Demo videoda 1X robotların müstəqil şəkildə işlədiyini göstərib. Eve paketləri qutulara və qablara görə sıralaya, əşyaları yerdən qaldıra, qapıları aça və özünü şarj edə bilir.

Şirkət vurğulayır ki, Eve-nin bütün hərəkətləri operatorun iştirakı olmadan avtonom şəkildə həyata keçirilir. Həmçinin qeyd edilir ki, 1X videonu sürətləndirməyib, kompüter qrafikasından istifadə etməyib və videonu heç bir şəkildə redaktə etməyib.