17:15 - 13.02.2024
13 fevral, Fineko/abc.az. “QatarEnergy”, mayeləşdirilmiş təbii qazın daşınması üçün qaz tankerləri donanmasının genişləndirilməsi layihəsi çərçivəsində “Nakilat”ı seçdi.
ABC.AZ xəbər verir ki, söhbət 25 gəmiyə sahib olmaq və istismar etməkdən gedir.
Hər biri 174 min kubmetr tutumlu, 100% “Nakilat”a məxsus olacaq və “QatarEnergy” törəmə şirkətlərinə icarəyə veriləcək. Onların Cənubi Koreya Gəmiqayırma zavodlarında tikilməsi planlaşdırılır.
2022-ci ildə “QatarEnergy”, tarixi və misli görünməmiş donanma genişləndirmə proqramının ilk mərhələsini başa vuraraq 60 təbii qaz mayeləşdirmə gəmisinin uzunmüddətli icarəsi və istismarı haqqında bir sıra müqavilələr imzalayıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026