16:53 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Rusiyadan Gürcüstana çatdırılan maye qazın həcmi artmaqda davam edir.
"2024-cü ilin yanvar ayında mayeləşdirilmiş qazın idxalı 5,61 min ton təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 1,58 min ton, yəni 39,2% çoxdur", - Gürcüstan Neft məhsulları idxalçıları İttifaqı bildirib.
ABC.AZ xəbər verir ki, idxal olunan bütün mayeləşdirilmiş qazın 99,8%-i, yəni 5,6 min tonu Rusiyadan tədarük olunur.
Həmçinin, təşkilatın məlumatına görə, yanvar ayında neft bitumunun idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 51% azalaraq 4,7 min ton təşkil edib. Ən çox bitum Rusiyadan çatdırılıb — 51,1%. İkinci yerdə İraq (46,8%), üçüncü yerdə Azərbaycan (2,1%) qərarlaşıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026