16:11 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Azərbaycanda lizinq bazarında fəaliyyət göstərən “Legion Financial” ASC hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmlər buraxacaq.
ABC.AZ “Legion Financial”ın emisya prospektinə istinadən xəbər verir ki, səhm kapitalı 95 000 manat artırılmış olacaq.
Anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2 245 000 manatdır.
Onun səhmləri İsmayılov Turan Mübariz oğlu (paylarının sayı 13 000 - 57.91 %), Süleymanlı Rahim Rəhman oğlu (paylarının sayı - 5 600 - 24.94%) və Soltanov Rövşən Rafiq oğlu (paylarının sayı - 2 500 - 11.14%) adlı fiziki şəxslərə məxsusdur.
3 Avqust 2026
1 Avqust 2026