10:25 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Yaponiyanın dəstəyi ilə Ukraynaya mədəniyyət və təhsilin inkişafı üçün 14,6 milyon dollar ayıracaq.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu gün YUNESKO-nun baş direktoru Odri Azule və Yaponiyanın YUNESKO-dakı daimi nümayəndəsi Takehiro Kano Ukraynaya dəstək üçün 14,6 milyon dollar məbləğində maliyyə sazişi imzaladılar.
Qeyd olunur ki, bu vəsaitlər "Ukraynada mədəniyyət, təhsil və medianı canlandırmaq" üçün hazırlanmışdır. "Təşkilat mədəni irsə dəyən zərərin monitorinqini və qiymətləndirilməsini də gücləndirəcək", - deyə məlumatda bildirilir.
8 Avqust 2026
8 Avqust 2026