10:05 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Modern Şirkətlər Qrupunun alkoqolu və alkoqolsuz içkilər istehsalçısı “Azgranata” MMC-nin rəhbəri 1 ay içində ikinci dəfə dəyişdirilib.
Bu barədə ABC.AZ-a daxil olan məlumatda bildirilir.
Böyükağa Mustafayev Nadir oğlu şirkətin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə ötən ay bu vəzifəyə təyin edilən Cəlal Şirəlizadə Telman oğlunu əvəz edib.
Böyükağa Mustafayev bundan öncə də müvafiq sahə üzrə şirkət rəhbəri vəzifəsində çalışıb. 2019- 2022-ci illərdə “Şəmkir Aqropark” MMC-nin baş direktoru vəzifəsində çalışıb.