09:23 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı hərracda artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:20-də 0,22 (0,28%) artaraq bir barel üçün 79,43-a çatıb. 7 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri 0,62 (0,79%) artaraq bir barel üçün 79,21-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı üçün fyuçerslərinin qiyməti saat 09:20-də 0,19 (0,26%) artaraq bir barel üçün 74,05-a yüksəldi. 7 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti 0,55 (0,75%) artaraq bir barel üçün 73,86-a çatdı.
21 Avqust 2026
21 Avqust 2026