Almaniyada Şoltsun enerji siyasəti toksik hesab olunur

16:10 - 6.02.2024


6 fevral, Fineko/abc.az. Almaniya kansleri Olaf Şoltsun enerji siyasəti tamamilə toksikdir.

ABC.AZ xəbər verir ki, bunu Almaniya Federal Sənaye Birliyinin prezidenti Ziqfrid  Russvurm deyib.

“Günümüzdə enerji təchizatı quruluşunun yeddi ildən sonra necə görünəcəyini dəqiq bir anlayış yoxdur və bu səbəbdən heç kim Almaniyada qiymətlərin o vaxta kimi nə qədər yüksək olacağını deyə bilməz. İnvestisiya qərarları tələb edən şirkətlər üçün bu tamamilə toksikdir”, - deyə o bilirib.

Bundan əlavə, Berlinin atom enerjisi və kömür istifadəsini azaltmaq və Bərpa Olunan mənbələrə keçmək qərarının alman şirkətlərini digər inkişaf etmiş ölkələrlə müqayisədə əlverişsiz vəziyyətə saldığını vurğulayıb.