15:48 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Yaponiyanın Rusiya ərazi sularında balıq ovu ilə bağlı Rusiya ilə məsləhətləşmələri bərpa etmək istədiyini bildirib.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Müxtəlif səviyyələrdə Rusiya hakimiyyəti ilə məsləhətləşmələr mövzusunda koordinasiya aparırıq, lakin hələ müsbət cavab almamışıq”, — deyə o bildirib.
O, həmçinin əlavə edib ki, Yaponiya Rusiya tərəfini balıq ovunun tezliklə bərpa olunmasını təmin etməyə qətiyyətlə çağırmağa davam edəcək.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026