Özbəkistan Qırğızıstana maye qaz göndərib

16:50 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Özbəkistan Qırğızıstan ərazisinə humanitar yardım şəklində bir minə yaxın təbii qaz balonu göndərib.  Bu, Bişkek İES-də baş verən qəzadan sonra vəziyyəti həll etməyə kömək edəcək.

ABC.AZ xəbər verir ki, qaz balonları yaxın vaxtlarda Cəlal-Abaddan Bişkekə göndəriləcək. Bundan əvvəl Türkmənistan prezidenti qonşu respublikaya mayeləşdirilmiş təbii qaz şəklində humanitar yardım göstərmək niyyətini açıqlamışdı.