15:40 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Rusiyanın True Gamers kiber idman klubları şəbəkəsi Səudiyyə Ərəbistanında biznesin inkişafı üçün 45 milyon dollar sərmayə cəlb edib. Şirkət beş il ərzində 150-dən çox kiber idman arenasının açılması üçün vəsait alıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, Səudiyyə Ərəbistanının geyminq bazarı 2026-cı ilə qədər təxminən 2,8 milyard dollara çatacaq. Hazırda regionda təxminən 21 milyon oyunçu var ki, bu da ümumi əhalinin təxminən 58%-ni təşkil edir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026