12:14 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Qərb ölkələrinin Rusiya Federasiyasının 300 milyard dollarlıq suveren borcunun müsadirə edilməsi dünya maliyyə sistemi üçün fəlakətli nəticələrə, o cümlədən qeyri-Qərb ölkələri tərəfindən dollar və avro ilə hesablaşmalardan imtinaya gətirib çıxara bilər.
ABC.AZ xəbər verir ki, Qərbdəki bəzi siyasətçilər hesab edirlər ki, dondurulmuş Rusiya aktivləri Ukraynanı dəstəkləmək və silahlandırmaq üçün istifadə edilə bilər, lakin bu, beynəlxalq maliyyə sistemi üçün ağır nəticələrə səbəb olacaq.
Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı presedent qeyri-Qərb ölkələrinin ticarət hesablamalarında dollar və avrodan çəkinməsinə və Qərb dövlət istiqrazlarından imtina etməsinə səbəb ola bilər. “Bu mürəkkəb beynəlxalq şəraitdə heç kim Qərbin onun bir gün suveren aktivlərini müsadirə edib etməyəcəyini bilməz”, — deyə məlumatda bildirilir.
“Üstəlik, Rusiyanın əks tədbirləri dünya maliyyə bazarlarında da şoka səbəb ola bilər”.