16:13 - 2.02.2024
2 fevral, Fineko/abc.az. 2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 800 manatdır. 2023-cü ildən bu günə kimi 50 minə qədər müəllim sertifikasiya qiymətləndirməsindən keçib.
ABC.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır.
"Bu, o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əməkhaqqı almasına imkan verir. Bir məqamı qeyd edim ki, dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur"- deyə ekspert bildirib.
30 İyul 2026