15:59 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Biz inanırıq ki, 2024-cü ilin birinci yarısında Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə edilə bilər.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.
“Çox güman ki, sülh sazişində onun Naxçıvan anklavına Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycanın nəzarətini gücləndirmək müddəaları daxil olacaq. 2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirərək, parçalanmış separatçı region üzərində öz üstünlüyünü bərpa edib. 2024-cü ilin yanvarında keçmiş Dağlıq Qarabağ Respublikasının ləğvi bunun bariz nümunəsidir”- “Fitch Solutions”un şərhində əlavə edilib.
8 Avqust 2026
8 Avqust 2026