Ötən il təbii qaz istehsalı 3,8% çox olub

11:55 - 2.02.2024


2 fevral, Fineko/abc.az. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 48 milyard 496,7 milyon kub metr həcmində təbii qaz edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir ki, 2022-ci i ilin eyni dövrü ilə müqayisədə təbii qaz istehsalı 1 milyard 753,4 milyon kub metr və ya 3,8% artıb.

Beləki, 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici müvafiq olaraq 46 milyard 743,3 milyon kub metr təşkil edib.