“Sony” Hindistan şirkəti ilə 1 milyard dollarlıq müqaviləni pozdu — Səbəb

16:53 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Yaponiyanın “Sony” şirkəti Hindistanlı Zee Entertainment Enterprises Ltd (ZEEL) ilə ümumi dəyəri 10 milyard dollar olan müqaviləsinin dağılmasının səbəblərindən biri də, Hindistanın Rusiyada aktivlərinin olması idi.

ABC.AZ xəbər verir ki, 2021-ci ildə bağlanmış ilkin birləşmə müqaviləsində ABŞ sanksiyalarına məruz qalan ölkələrin şirkətlərinin müqaviləsinə qadağa qoyulmuşdu. Məlumata görə, Sony Pictures Entertainment yanvarın əvvəlində qeyd etdi ki, ZEEL əvvəllər Rusiyada yaratdığı törəmə şirkətləri ilə əlaqələrini kəsməyib, baxmayaraq ki, bu "tamamilə zəruri" idi. “Sony” şirkəti isə 2022-ci ilin mart ayında Rusiyada fəaliyyətini dayandırdığını elan etmişdi.