Mərkəzi Bankın 3 aylıq notları üzrə gəlirliliyi azalıb

15:48 - 1.02.2024


1 fevral, Fineko/abc.az. 1 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,460.7305(6.7%) manat və 98,483.3566 (6.6%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,460.7305(6.7%) manat, orta ölçülmüş qiyməti isə 98,472.1462 (6.65%) manat olaraq müəyyən edilmişdir. Sonuncu not hərracı yanvarın sonu keçirilib və orta faizlər 6.8% olub.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 25.04.2024-cü ildir.