15:25 - 1.02.2024
1 fevral, Fineko/abc.az. “Shell” 2023-cü ildə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını 2022-ci illə müqayisədə 5% azaldaraq 28,29 milyon tona çatdırıb. Bu, "Saxalin-2" layihəsindən həcm itkisi ilə əlaqədardır.
ABC.AZ xəbər verir ki, beləliklə, birinci rübdə “Shell” 7,19 milyon ton LNG, ikinci rübdə 7,17 milyon ton, üçüncü rübdə 6,88 milyon ton, dördüncü rübdə 7,06 milyon ton istehsal edib. 2024-cü ilin birinci rübündə şirkət istehsalını 7-7,6 milyon ton LNG-ə qədər artırmağı planlaşdırır.
21 Avqust 2026
21 Avqust 2026