Gürcüstanda Kobaxidze baş nazir vəzifəsinə namizəd elan edilib

15:03 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Hakim "Gürcü Arzusu" partiyası fevralın 1-də "Paraqraf Tbilisi" mehmanxanasında keçirilən qurultay zamanı partiyanın keçmiş sədri İrakli Kobaxidzeni respublikanın Baş naziri vəzifəsinə namizəd irəli sürüb.

"İrakli Kobaxidze qurultaydan tam legitimlik və mandat qəbul etdi", - bu yaxınlarda baş nazir vəzifəsindən gedən İrakli Qaribaşvili partiyanın sədri seçildikdən dərhal sonra bildirib.

ABC.AZ xəbər verir ki, Kobaxidze 11 yanvar 2021-ci ildən “Gürcü Arzusu” partiyasının sədri idi. Hökumət vəzifələrində çalışmayıb, 2016-cı ilin noyabr ayından parlament deputatı vəzifəsində çalışır. Əvvəlcə qanunverici orqanın spikeri idi, lakin 2019-cu ilin iyun ayında istefa etdi. Onun partiya lideri vəzifəsindən getməsi yanvarın 29-da, Qaribaşvilinin baş nazir vəzifəsindən getdiyini elan etdiyi gün məlum olub.